Xəzər Xəbər

ABŞ 3 PKK terrorçusunun başına 12 milyon dollar pul qoydu

Dünya | 08:51 • 7 Noyabr 2018
ABŞ 3 PKK terrorçusunun başına 12 milyon dollar pul qoydu

ABŞ tərəfi PKK terror təşkilatının rəhbər şəxslərindən sayılan Murat Karayılan, Cemil Bayık və Duran Kalkanın axtarışı üçün pul mükafatı ayırıb.

Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, 3 təhlükəli terrorçunun tapılması üçün ümumilikdə 12 milyon ABŞ dolları məbləğində vəsait müəyyən olunub. Mükafat bu terrorçuların yeri barədə dəqiq məlumat verənlərə çatacaq.

Bildirilir ki, Murat Karayılanın yerini bildirilənə 5 milyon, Cemil Bayıka görə 4 milyon və Duran Kalkana isə 3 milyon pul ayrılıb. Əməliyyat axtarış işlərini səmərəli davam etdirmək məqsədilə terrorçulara dair məlumatların ötürülməsi üçün koordinatlar elan olunub. Daxil olacaq məlumat mənbələrinin məxfiliyinin qorunmasına zəmanət verilir.

Diqqətə çatdırılır ki, 1997-ci ildə PKK-nı xarici terror təşkilatı elan edən ABŞ 2001-ci ildə onu beynəlxalq terror təşkilatı kimi tanıyıb.

Xəbər lenti