Xəzər Xəbər

Dünyanın gözü orada – BAŞLANDI

Dünya | 18:28 • 6 Noyabr 2018
Dünyanın gözü orada

Konqresə aralıq seçkiləri çərçivəsində ABŞ-ın şərq sahilində seçki məntəqələri açılıb.

TASS agentliyi xəbər verir ki, birinci seçki məntəqələri yerli vaxtla 6:00-da (Bakı vaxtı ilə 15:00-da –red.) açılıb.

Səsvermə daha sonra ABŞ-ın başqa hissələrində başlanacaq.

Qeyd edək ki, seçkilərdə Konqresin Nümayəndələr Palatası bütünlüklə, Senatın isə üçdə bir hissəsi yeniləcək. Bundan başqa, 36 ştatda qubernatorlar seçiləcək.

"Blomberg” agentliyinin qiymətləndirmələrinə görə, demokratlarda Senatla müqayisədə Nümayəndələr Palatasında əksəriyyət almaq üçün daha çox şansı var. CNN telekanalının sorğusu göstərir ki, demokratlar Nümayəndələr Palatasında əksəriyyəti təmin etməyi və 435 yerdən 225-ni almağı bacaracaq.

Demokratlar Konqresin palatalarından birində əksəriyyəti almağı bacararsa, bu, respublikaçı prezident Donald Trampın siyasi səlahiyyətlərini məhdudlaşdırmağa imkan verəcək./publika.az

Xəbər lenti