Xəzər Xəbər

Tramp sanskiyalara məruz qoyduğu ölkəni bağışladı Cümə günü kritik GÖRÜŞ

Dünya | 18:16 • 6 Noyabr 2018
Tramp sanskiyalara məruz qoyduğu ölkəni bağışladı

ABŞ prezidenti Donald Tramp və Çinin dövlət başçısı Xi Çinpinq arasında ötən həftə gerçəkləşən telefon danışığı ilə ali səviyyəli dialoqların yenidən başlanmasından sonra tərəflərin görüşü baş tutacaq.

Daha öncə təxirə salınan görüşün cümə günü gerçəkləşdiriləcəyi planlaşdırılır.

İki liderin görüşü Argentinada baş tutacaq G-20 zirvəsindən öncə olacaq. Çin dövlət başçısının köməkçisi də ABŞ ilə yaşanan ticarət anlaşmazlıqlarını həll etmək üçün görüşməyə istəkli olduqlarını bildirib.

Qeyd edək ki, ABŞ və Çin ticarət, Çinin siyasi müdaxilələri ilə bağlı ABŞ-ın ittihamları, mübahisəli Cənubi Çin Dənizi və Tayvanın muxtariyyəti mövzuları səbəbilə aylardır bir-birilərinə qarşı müxtəlif ittihamlar irəli sürür və sanksiya tətbiq edirdilər./publika.az

Xəbər lenti