Xəzər Xəbər

Trampın yanında Putinə yarınmaq istədilər, amma biabır oldular

Dünya | 18:02 • 6 Noyabr 2018
Trampın yanında Putinə yarınmaq istədilər, amma biabır oldular

"Sammit necə olubsa, medalı da elə buraxılıb"

ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putinin iyul ayının 16-da Helsinki şəhərində görüşünü əks etdirən və ABŞ-da istehsal edilən suvenir monetində 3 qrammatik səhv tapılıb.

Ukrayna mediası xəbər verir ki, monetin əsas üzündə hər iki dövlətin bayrağının fonunda liderlərin portretləri həkk olunub və Trampın sitatı yazılıb:"Keçmiş bizim gələcəyimizi müəyyən edə bilməz".

Arxa hissəsində isə Helsinki kilsəsi, ingilis və rus dillərində yazı var. Elə səhv də həmin yazılarda aşkar edilib.

1-ci səhv rus dilində "новое эрa" sözünün düz yazılmamasıdır. 2-ci səhv iki dəfə "д" yazılışıdır.

3-cü səhvdə isə "Хельпинским" sözündə rus dilində "c" hərfinin yerinə "п" yazılıb.

Bunu görən internet abunəçiləri zarafatla belə yazıblar:"Sammit necə olubsa, medalı da elə buraxılıb"./AzNews.az

Xəbər lenti