Xəzər Xəbər

İran yeni raketləri sınaqdan çıxarıb

Dünya | 15:57 • 6 Noyabr 2018
İran yeni raketləri sınaqdan çıxarıb

İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin "Vilayət 97” şərti adı ilə keçirilən hərbi təlimi çərçivəsində ilk dəfə olaraq "Xordad” Zenit Raket Kompleksi (ZRK) sınaqdan çıxarılıb.


AZƏRTAC xəbər verir ki, kompleksdən buraxılan raket şərti düşmənin hərbi təyyarəsini dəqiqliklə vuraraq məhv edib. "Xordad” ZRK tam olaraq İranın milli istehsalıdır. Kompleksin raketi hədəfi 50 kilometr məsafədə vurmaq imkanına malikdir. Kompleks 4 hədəfi müşahidə edə bilir və hədəflərə doğru 8 raket buraxmaq iqtidarındadır.


Bununla yanaşı təlimlərdə "Seraj” raketi də sınaqdan çıxarılıb. Bu raket də İranın milli istehsalıdır və uzaq məsafələrdəki hədəfi dəqiq vurmaq qabiliyyəti var.


İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin təlimi davam edir.

Xəbər lenti