Xəzər Xəbər

ABŞ-da aralıq seçkilərə start verilib

Dünya | 15:56 • 6 Noyabr 2018
ABŞ-da aralıq seçkilərə start verilib

ABŞ-ın şimal-şərqində aralıq seçkilərə start verilib. İlk seçki məntəqələri yerli vaxtla saat 05:00-da Vermont ştatında açılıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 18:00-da Havay ştatında başa çatacaq.


NBC telekanalının məlumatına əsasən, 30 milyondan çox amerikalı vaxtından əvvəl səs verib. Ümumilikdə isə seçkilərdə rekord sayda – 100 milyondan artıq seçici iştirak edə bilər.


Bu seçkilərdə əsas intriqa Demokratik partiyanın Konqresin Nümayəndələr Palatasında üstünlük qazanıb-qazanmayacağı ətrafında gedir. Hazırda burada respublikaçılar 236, demokratlar isə 193 mandata malikdir, 6 yer isə vakantdır. Nümayəndələr Palatasında nəzarəti ələ almaq üçün demokratlar ən azı 23 əlavə mandat əldə etməlidir.


Qeyd edək ki, statistikaya əsasən, 1930-cu ildən bəri ABŞ-da prezident seçkilərində qələbə qazanan partiya aralıq seçkilərində orta hesabla 23 mandat itirib.

Xəbər lenti