Xəzər Xəbər

ABŞ-dan Rusiya üçün QORXUNC PROQNOZ: 2025-2035-ci illərdə…

Dünya | 15:31 • 6 Noyabr 2018
ABŞ-dan Rusiya üçün QORXUNC PROQNOZ:

Rusiya Çin kimi çətin ki, 2025-2035-ci illərdə ABŞ üçün təhdid yaradacaq.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Dyuk Universitetində (ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti –red.) çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya öz potensialını cari səviyyədə saxlaya bilməyəcək.

"Biz 2025-2035-cu illərdə əsas funksiyalarımızı yerinə yetirmək qabiliyyətimizi qiymətləndiririk. Biz o illərdə Çindən daha böyük imkanlara nail olacağıq. Rusiya çətin ki, indiki səviyyəni saxlaya biləcək. Orada demoqrafik və iqtisadi göstəricilər enir. Və mən düşünmürəm ki, Rusiya 2025-2035-ci illərdə Çin kimi əhəmiyyətli təhdid yaradacaq”, - o deyib.

Danfordun fikrincə, Çində öz potensialını artırması üçün imkanlar daha çoxdur.

Xatırladaq ki, sentyabrda ABŞ-ın müdafiə naziri Ceyms Mettis Rusiyanın nüvə silahını öz ölkəsi üçün ən mühüm xarici təhlükə adlandırıb./publika.az

Xəbər lenti

Çox oxunanlar