Xəzər Xəbər

Tac Mahalda namaz qılmaq qadağan olundu

Dünya | 14:11 • 6 Noyabr 2018
Tac Mahalda namaz qılmaq qadağan olundu

Hindistan hökuməti bunu məbədə gələnlərin sayının çoxluğu ilə əlaqələndirib

Hindistandakı Tac Mahal sarayında cümə namazından sonra, ümumiyyətlə bütün namazların qılınmağına qadağa qoyulub.

Bir müddət əvvəl Tac Mahalda cümə namazları qadağan edilmişdi. Hindistan hökumət artıq binada müsəlman ibadətlərinin yerinə yetirilməsinə qadağa gətirib. Bunu məbədə kənardan gələn insanların sayının çoxluğu və Tac Mahalın qədimi bina olması əsas göstərilib.

Bu qərardan sonra Tac Mahalın həyətində dəstamaz almaq üçün olan hissə də möhürlənib.

AzNews.az

Xəbər lenti