Xəzər Xəbər

Nazir: İran ilə Azərbaycan kiberhücumların qarşısını almaq istiqamətində birgə addımlar ata bilər

Dünya | 13:00 • 6 Noyabr 2018
Nazir: İran ilə Azərbaycan kiberhücumların qarşısını almaq istiqamətində birgə addımlar ata bilər

İran ilə Azərbaycan yaxın qonşu və dost ölkələrdi. Xalqların tarixi yaxınlığı hər iki dövlətin qarşılıqlı əlaqələrinin inkişafına zəmin yaradıb.


Bu sözləri AZƏRTAC-a açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Nazir bildirib ki, bu gün dünyada informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu texnologiyalardan bütün dövlətlər istifadə edirlər. Müxtəlif dövlətlər yeni informasiya texnologiyalarını iqtisadiyyata, nəqliyyata hətta hərbi sahəyə tətbiq edirlər. Bununla bərabər, kibercinayətkarlıq da inkişaf edir. Dövlətlərin infrastrukturları kibercinayətkarların hücumuna məruz qalır. Bəzi hallarda isə kiberhücumlar milli təhlükəsizliyə təhdid yaradır. Bu kimi neqativ halların qarşısını almaq istiqamətində İran ilə Azərbaycan birgə addımlar ata bilər.


Hər iki dövlət yeni texnologiyaların inkişafında maraqlıdır. Ona görə də təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişləndirilməlidir. Hər iki dövlət rabitə infrastrukturlarına xaricdən edilən kiberhücumların qarşısını yalnız əməkdaşlıqla ala bilər.


Əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı Dubayda keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdüyünü bildirən M.C.Çəhromi gələcəkdə birgə layihələrin həyata keçiriləcəyini də istisna etməyib.

Xəbər lenti