Xəzər Xəbər

NATO-nun baş katibi Əfqanıstana elan olunmamış səfər edib

Dünya | 12:14 • 6 Noyabr 2018
NATO-nun baş katibi Əfqanıstana elan olunmamış səfər edib

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 6-da Əfqanıstana səfər edib. Alyans təhlükəsizlik baxımından səfər barədə məlumatı məxfi saxlayıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Yens Stoltenberqi NATO-nun hərbi komitəsinin rəisi Stüart Piç və alyansın Avropadakı birləşmiş qüvvələrinin komandanı Körtis Skaparotti müşayiət edir. Baş katibin Əfqanıstan prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşü planlaşdırılıb. Stoltenberq, həmçinin NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasının komandanı Skott Mellerlə də görüşəcək.


Alyansın mənzil-qərargahı səfərin əsas mövzusunu açıqlamayıb, lakin diplomatik mənbələrin məlumatına görə, danışıqlarda NATO-nun təlimatçı və müşavirlərinin missiyasının genişlənməsi, "Taliban” hərəkatı ilə danışıqların perspektivləri və Əfqanıstan ordusunun xarici maliyyələşməsi məsələsi (ildə 4 milyard dollardan çox) müzakirə olunacaq.

Xəbər lenti