Xəzər Xəbər

Bostonda ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək

Dünya | 11:14 • 6 Noyabr 2018
Bostonda ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək

Noyabrın 7-də ABŞ-ın Massaçusets ştatındakı Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Xəzər Siyasət Mərkəzinin ABŞ-ın Ticarət Palatası, habelə Azərbaycan, Əfqanıstan, Gürcüstan , Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirlikləri ilə birgə keçirəcəyi tədbirdə Trans-Xəzər nəqliyyat dəhlizi ölkələrinin hökumət təmsilçiləri və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə alimlər, biznes dairələri təmsilçiləri, ABŞ-ın və Trans-Xəzər dövlətlərinin rəsmi şəxsləri Bostonun startapları və sahibkarlarından ibarət unikal cəmiyyətin dayanıqlı inkişafını və onlarla əməkdaşlığın möhkəmləndirilməsinə kömək məqsədilə dövlət sektoru, sənayeçilər və akademik dairələr arasında qarşılıqlı fəaliyyətin lokal, regional və qlobal səviyyədə genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Sammitdə Bostonda və Xəzər regionunda innovasiyalar sahəsində qazanılmış təcrübə, qarşılıqlı əlaqəli proseslər, startapların açılması üçün stimullar, elmi tədqiqatlar və ixtiralar təhlil olunacaq. Panel iclaslarda aparılacaq müzakirələrdə müxtəlif sahələr üzrə tələbatlar dəyərləndiriləcək, Trans-Xəzər dövlətlərində innovasiya və sahibkarıq üzrə iqtisadi sistemin reallaşdırılması və genişləndirilməsi istiqamətində tələblər, qoyulan müddətlər, sərmayə imkanları və yeni çağırışlar müəyyən olunacaq.

Xəbər lenti