Xəzər Xəbər

ABŞ-ın sanksiyaları Buşehr AES-ə şamil edilmədi

Dünya | 10:16 • 6 Noyabr 2018
ABŞ-ın sanksiyaları Buşehr AES-ə şamil edilmədi

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Buşəhr atom elektrik stansiyasına (AES) şamil olunmayıb.


"RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo məlumat verib.


Onun sözlərinə görə, orada üç layihə var və Buşəhr də onlardan biridir: "Ancaq bu güzəşt müvəqqəti xarakter daşıyır. Yaxın zamanlarda sanksiyalardan müvəqqəti azad olunan üç enerji layihəsinin siyahısı dərc olunacaq".


Xatırladaq ki, ABŞ noyabrın 5-dən İranın daha çox enerji sektorunu ehtiva edən sanksiyaları qüvvəyə minib. Daha əvvəl Ağ ev İran neftinin idxalçılarını onun tədarükündən əl çəkməyə çağıraraq bu ölkənin neft ixracına son qoymaq hədəfini bəyan etmişdi. Bu günlərdə sanksiya siyahısında İranın 700-dən artıq hüquqi və fiziki şəxsinin, o cümlədən gəmi və təyyarələrin olduğu bildirilib.

Xəbər lenti