Xəzər Xəbər

ABŞ dəhşətli silahını Türkiyəyə gətirir

Dünya | 17:32 • 23 Oktyabr 2018
ABŞ dəhşətli silahını Türkiyəyə gətirir

ABŞ-da 12-ci nəsil B61-12 termonüvə silahının sınaqlarını başa çatdırılıb.

Bu barədə ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsi informasiya yayıb.

Məlumata görə, artıq yaxın vaxtlarda ABŞ-ın nüvə triadasının əsas komponentinə çevrilməsi nəzərdə tutulan hərbi sursatın seriyalı istehsalına başlanılacaq.

İdarə olunan B61-12 raketlərinin sınaqları Nevada poliqonunda nüvə başlığı olmadan keçirilib. Yeni raketin ilk nümunələrinin Texas ştatındakı "Penteks” zavodunda istehsal edilməsi və 2020-ci ilin baharında silahlanmaya qəbulu planlaşdırılıb.

Bəs ABŞ istehsalı bu bombanın əsas xüsusiyyətləri və təhlükəsi nədən ibarətdir?

Onu həddən artıq yeni adlandırmaq düzgün olmaz. B61-12 ilk seriyalı nümunə 1967-ci ildə yaradılan köhnə B61 atom bombalarının modernizasiya olunmuş variantıdır. Bu bomba silahlanmada elə uzun müddət qalıb ki, onu bəzən "11 prezidentin bombası” da adlandırırlar.

60-cı illərdə bu bombanın varlığı böyük bir sirr kimi hamıdan gizlədilirdi, hətta Pentaqonun hərbi toplantılarında belə bombanın adının çəkilməsi qadağan edilmişdi. Nəticədə zabitlər arasında bu raketin digər bir adı – "gümüş güllə” yarandı.

Hazırda sözügedən bombaların 1200 ədədi NATO-nun müxtəlif bazalarında saxlanılır. Onların əsas hissəsi Avropada yerləşdirilib ki, bu da Rusiya Baş Qərargahının uzun illər ərzində narahatlığına səbəb olub.

2010-cu ildə isə amerikalılar bu bombaları modernizasiya etmək niyyətinə düşdülər və bunun üçün 2 milyarddan artıq vəsait ayrıldı.

Bombanın yenidən işlənməsi onun nüvə potensialına təsir göstərməyib. Belə ki, yenilənmiş versiyada da bombanın gücü 80 kiloton olaraq qalıb.

ABŞ modernləşdirilmiş bombasını da Avropada yerləşdirmək planlarını gizlətmir. Hərbi sursatın Avropadakı NATO bazalarında – Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşdirilməsi nəzərdə tutulur./axar.az

Xəbər lenti