Xəzər Xəbər

Seyran gölü də qurudu

Dünya | 17:20 • 23 Oktyabr 2018
Seyran gölü də qurudu

Güney Azərbaycanda Sulduz şəhərində yerləşən "Seyran gölü” gölməçəsi quruyub.

Bu barədə Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Höccət Cabbari məlumat yayıb. O, qurumağa səbəb kimi gölməçəyə lazımı qədər su daxil olmamasını göstərib.

"Yayda gölməçəyə yetəri qədər su daxil olmayıb. Ətrafdakı çay sularından da gölməçənin payına düşən su təmin olunmayıb. Bütün bunlar Seyran gölünün qurumasına səbəb olub.

Qərbi Azərbaycan Əyalətinin bəzi gölməçələri mövsümi gölməçə hesab olunur. Bu gölməçələr yayda suyun buxarlanması nəticəsində quruyur. Ötən illərdə Seyran gölünə yetəri qədər su daxil olmadığı üçün bu gün belə bir gölməçənin qurumasını şahid oluruq. Ümumiyyətlə, Qərbi Azərbaycandakı gölməçələrin əksəriyyətində su problemi yaşanır”./axar.az

Xəbər lenti