Xəzər Xəbər

Ermənistan baş nazir “seçir”: Namizəd açıqlandı

Dünya | 17:16 • 23 Oktyabr 2018
Ermənistan baş nazir “seçir”:

Çıxış Bloku bu gün keçiriləcək baş nazir seçkisinə Nikol Paşinyanın namizədliyini irəli sürəcək.

Bu barədə fraksiyanın katibi Gevork Qorqisyan məlumat yayıb. O bildirib ki, hüquqşünaslarla məsləhətləşəndən sonra baş nazir postuna namizəd irəli sürməyin "vacibliyini anlayıblar”.

Fraksiya namizədini bu gün 18:00-a qədər irəli sürə bilər.

Qeyd edək ki, N.Paşinyan baş nazir postundan 16 oktyabrda istefa verib və hazırda baş nazir səlahiyyətlərinin icraçısıdır. Parlament ən geci bir həftə müddətində yeni baş nazir seçməlidir.

İki dəfə ardıcıl baş nazir seçə bilmədiyi halda isə növbədənkənar parlament seçkisi təyin edilməlidir.

N.Paşinyan istefasından öncə digər fraksiyaların baş nazir postuna namizəd irəli sürməyəcəyi razılığını almışdı./axar.az

Xəbər lenti

Çox oxunanlar