Xəzər Xəbər

Belçika da Səudiyyəyə silah satışını dayandırır - Almaniyadan sonra

Dünya | 16:57 • 23 Oktyabr 2018
Belçika da Səudiyyəyə silah satışını dayandırır - Almaniyadan sonra
"Belçika Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmaqla bağlı qərar qəbul etməlidir”.

Bunu ölkənin Baş nazirinin müavini Aleksandr De Kroflamand dilində yayım həyata keçirən "VRT” radiosuna açıqlamasında deyib.

O, Belçikanın da Almaniyanı özünə örnək götürməsi gərəkdiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya Səudiyyə Ərəbistanına silah ixracatını qadağan etmişdi.

Əvvəlki il Belçikanın təkcə Valloniya bölgəsindən Səudiyyə Ərəbistanına 153 milyon avroluq silah satılıb.


AzNews.az

Xəbər lenti