Xəzər Xəbər

Xorvatiyanın sabiq Baş naziri 1990-cı illərdə etdiyi cinayətlərə görə mühakimə olunub

Dünya | 12:20 • 23 Oktyabr 2018
Xorvatiyanın sabiq Baş naziri 1990-cı illərdə etdiyi cinayətlərə görə mühakimə olunub
Zaqreb məhkəməsi Xorvatiyanın sabiq Baş naziri İvo Sanaderin 1990-cı illərdə müharibə zamanı etdiyi maliyyə fırıldaqlarına görə 2 il 6 ay müddətinə həbs olunması ilə bağlı qərar verib. Xorvatiya Demokratik İttifaqı Partiyasının 65 yaşlı sabiq sədri, 2003-2009-cu illərdə hökumətin başçısı olmuş İ.Sanader üçün belə bir qərar həyatında birinci deyil. 1994-1995-ci illərdə xarici işlər naziri vəzifəsində Avstriyanın Hypo Bankından Xorvatiya hökumətinə kreditlərin verilməsi üçün 3,6 milyon kun məbləğində (480 min avro) rüşvət aldığına görə 2012-ci ildə məhkəmə onun barəsində 3 il 6 ay müddətinə həbs qərarı vermişdi. Bundan əlavə, o, vəzifəsindən sui-istifadə və digər maddələr üzrə bir neçə dəfə həbs edilib. Sabiq Baş nazir vaxtilə 10 milyon avro müqabilində Macarıstanın neft holdinqi - MOL-un Xorvatiyanın INA dövlət şirkətinin payına daxil olmasına da şərait yaradıb. (AZƏRTAC)

Xəbər lenti