Xəzər Xəbər

Bir ildə 640 milyonluq... Kim Çenin təmtəraqlı həyatı haqqında ŞOK İDDİA

Dünya | 18:40 • 22 Oktyabr 2018
Bir ildə 640 milyonluq...

Şimali Koreya Çin və başqa ölkələrdən 2017-ci ildə 640 milyon dollar dəyərində zinət əşyaları və digər malları əldə edib.

"Röyters” agentliyi xəbər verir ki, belə bəyanatla Cənubi Koreya siyasətçisi Yun San Xyen çıxış edib.

Onun iddiasına görə, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Çin və başqa ölkələrdən zinət əşyaları, həmçinin yüksək keyfiyyətli televizorlar, avtomobillər, spirtli içkilər, saatlar və xəz məmulatları alırdı.

"Kim Çen In bu malları onu dəstəkləyən silahdaşlarına hədiyyə edirdi. O, nüvə silahından imtina etmədən belə boşluqlarla sanksiyalardan qaça biləcək”, - siyasətçi vurğulayıb.

Agentlik yazır ki, Vaşinqtonun çağırışlarına baxmayaraq, bəzi ölkələr, xüsusən Rusiya və Çin Şimali Koreya barəsində sanksiyalara ciddi riayət etmirlər. Bu onunla bağlıdır ki, Pxenyan nüvə və raket sınaqlarından imtina edib.

Xəbər lenti