Xəzər Xəbər

KXDR-Cənubi Koreya hərbi danışıqlarının tarixi açıqlandı

Dünya | 17:38 • 22 Oktyabr 2018
KXDR-Cənubi Koreya hərbi danışıqlarının tarixi açıqlandı

Oktyabrın 26-da Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında generalların səviyyəsində hərbi danışıqların keçirilməsi planlaşdırılır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib.

Danışıqlar Pxanmundjom sərhəd məntəqəsində olacaq.

İki Koreya dövləti arasında hərbi əlaqələrin yaradılması haqqında razılıq sentyabrda Pxenyanda dövlət başçılarının görüşündə əldə olunmuşdu. Danışıqlar zamanı birgə hərbi komissiya və 1950-1953-cü illər Koreya müharibəsi zamanı həlak olmuş əsgərlərin qalıqlarlarının silahsızlaşdırılmış zonada birgə axtarış üzrə komissiyaların işi müzakirə ediləcək.

Nümayəndə heyətlərinə KXDR tərəfdən general-mayor An İk San, Cənubi Koreya tərəfdən isə general-mayor Kim Do Qyun rəhbərlik edəcək./publika.az

Xəbər lenti