Xəzər Xəbər

Koalisiya qüvvələri məscidi bombalamalarını qanuni adlandırdı

Dünya | 16:53 • 22 Oktyabr 2018
Koalisiya qüvvələri məscidi bombalamalarını qanuni adlandırdı

Bombardman nəticəsində uşaqlar da daxil olmaqla 62 nəfər həlak olmuşdu

Beynəlxalq Koalisiya qüvvələrinin nümayəndələri Deyr əz-Zorda məscidi olan aviazərbələr barədə açıqlama verib.

Koalisiyanın spikeri polkovnik Şon Rayan bəyan edib ki, Susa yaşayış məntəqəsində olan məscidin bombalanmasına səbəb İŞİD-in ordan baza kimi istifadə etməsi olub. O, əlavə edib ki, terrorçular mülki obyektləri özləri üçün istifadə etdiklərindən həmin məntəqələr qanuni hərbi hədəfdir.

Xatırladaq ki, oktyabrın 19-da koalisiya qüvvələriSusa yaşayış məntəqəsindəməscidi bombardman etmişdi. Hücum ibadət saatında baş verdiyində 30-dan artıq qurbanın arasında uşaqlar da olub.

Bundan başqa koalisiya qüvvələri yaşayış binalarına da aviazərbələr endirmişdilər. Beləliklə, aviazəbələr nəticəsində, qadınlar, uşaqlar da daxil olmaqla azı 62 nəfər həlak olub.

Suriyanın BMT-dəki nümayəndəsi baş verənlərin araşdırılması və günahkarların cəzalandırılması barədə tələb irəli sürsə də, bu müraciətə baxan olmayıb./faktxəbər

Xəbər lenti