Xəzər Xəbər

Camal Qaşıqçı ilə bağlı SENSASİYALI İDDİA: paltarlarını geyindirib...

Dünya | 15:54 • 22 Oktyabr 2018
Camal Qaşıqçı ilə bağlı SENSASİYALI İDDİA:

Camal Qaşıqçı cinayətinin üstünü örtmək üçün onu öldürüb geyimlərini dublyoruna geyindirdilər.

"Reuters" agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanından sui-qəsd üçün gələn 15 nəfərin məqsədi Qaşıqçını ölkəyə qayıtmağa razı salmaq olub. Lakin onlar buna etiraz edən Qaşıqçını boğmağa çalışıblar.

Planda onu öldürmək olmayıb, amma hər şey nəzarətdən çıxdığı üçün dəstə üzvləri məcbur qalıb onu öldürüblər. Qaşıqçı ona narkotik verib ölkədən qaçırdacaqlarını başa düşdüyündə, yaxınlıqda onu gözləyən adamın olduğunu və bir saat ərzində çıxmasa, rəsmi nümayəndəliklərə və polisə xəbər veriləcəyini deyib. Mahir Əbdüləziz Mutrebeyə "Mənə nə edəcəksiniz? Qaçırmağı planlaşdırırsınız" sullarına "Bəli, səni qaçıracağıq" cavabını alan Qaşıqçı ucadan qışqırmağa başlayıb. Bundan vahiməyə düşən dəstə üzvləri qışqırmaması üçün onun ağzını bağlayıblar. Jurnalist bir neçə dəqiqə içərisində boğularaq həyatını itirib. Cəsədi Konsulluqdan çıxarmaq üçün isə onu xalçaya büküblər.

Daha sonra diqqqəti yayındırmaq məqsədilə Səudiyyə Ərəbistanından gələn 15 nəfərdən biri Məhəmməd M. Almadani öldürülən jurnalist Camal Qaşıqçının paltarlarını geyinib, onun qol saatını və günəş eynəyini taxaraq binadan çıxıb. Həmin ərəfədə onun meyiti konsulluq işçilərinin və 15 nəfər sui-qəsdçinin köməyi ilə çıxarılaraq naməlum istiqamətə aparılıb.

1961-ci il təvəllüdlü Mustafa Məhəmməd Almadani konsulluqdan çıxdıqdan sonra Qaşıqçının libasını, "Apple" marka ağıllı qol saatını və günəş eynəyini Sultanəhməd istiqamətində zibilliyə atdığı bildirilib.

Xatırladaq ki, Qaşıqçının dublyoru Almadani Atatürk Hava Limanına "Sky Prima Aviation"a aid təyyarəsiylə saat 03.41-də gəlib. Mövenpick hoteldə qalıb və xüsusi təyyarə ilə 00.18-də çıxış edib.

Kamera görüntüləri dəlil olaraq istifadə edilib.

Konsulluqdakı qrup isə Məhəmməd M. Almadaninin Qaşıqçı libasında binadan çıxdığına dair kamera görüntülərini sübut kimi irəli sürərək Ər-riyaddakı rəhbərliyə qeyd göndərib./publika.az

Xəbər lenti