Xəzər Xəbər

Ukraynada döş xərçəngi xəstəliyi sürətlə artır - hər həftə 110 nəfər ölür

Dünya | 15:16 • 21 Oktyabr 2018
Ukraynada döş xərçəngi xəstəliyi sürətlə artır -

Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür. 


Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verir.


Məlumata görə, 2017-ci ildə döş xərçəngindən 5823 nəfər ölüb, onlardan 5774-ü qadın, 49-u isə kişi olub. Son 20 ildə Ukraynada döş xərçəngi xəstəliyi 3 dəfə artıb.


Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.

Xəbər lenti