Xəzər Xəbər

Bu ölkələrdə kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktı yüksəkdir

Dünya | 14:30 • 21 Oktyabr 2018
Bu ölkələrdə kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktı yüksəkdir

Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada ilk onluğa düşüb.


AZƏRTAC "The Lancet” jurnalina istinadla xəbər verir ki, Gürcüstanda qeyri-infeksion xəstəliklərdən ölən kişilər əsasən 30-70 yaş arasındadır. Ölkə bu göstərici ilə dünyada 8-ci yerdədir.


Birinci 3 yeri Monqolustan, Fici və Qazaxıstan tutur.


Jurnalın məlumatına görə, alimlər 180 ölkədə xərçəng, şəkərli diabet, ürək-damar və nəfəs yollarının iltihabından ölüm hallarının artım dinamikasını öyrəniblər. Bu ölkələrdə həmin xəstəliklərdən ölən kişilər əhalinin 34,9 faizini, qadınlar isə 15,9 faizini təşkil edib.

Xəbər lenti