Xəzər Xəbər

Vladimir Putin Özbəkistanda tikiləcək birinci AES-in simvolik açılışında iştirak edib

Dünya | 17:09 • 19 Oktyabr 2018
Vladimir Putin Özbəkistanda tikiləcək birinci AES-in simvolik açılışında iştirak edib

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev və Rusiya Prezidenti Vladimir Putin "Rosatomun” layihəsi çərçivəsində Özbəkistanda tikiləcək birinci Atom Elektrik Stansiyasının (AES) videokonfrans vasitəsilə rəmzi açılışını ediblər.


Xezerxeber.az xəbər verir ki, prezidentlərin sözlərinə görə, atom sahəsində kadrların hazırlanması ilə Moskva Mühəndis-Fizika İnstitutunun Daşkənddə yaradılacaq filialı məşğul olacaq. Bildirilib ki, AES Cizzak vilayəti ilə Nəvai vilayətinin sərhədində, Aydarkul gölünün sahilində tikiləcək. AES ən yüksək təhlükəsizlik standartlarına cavab verəcək, MAGATE-nin beynəlxalq norma və tələblərinə əməl etməklə ciddi ekoloji tələblər əsasında müasir avadanlıqlardan istifadə edilməklə tikiləcək.


AES-də iki enerji bloku inşa olunacaq. Tikintinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bildirilib ki, tikinti 11 milyard dollara başa gələcək.

Xəbər lenti