Xəzər Xəbər

Gürcüstan PUA, helikopter və təyyarə istehsal edəcək

Dünya | 14:47 • 19 Oktyabr 2018
Gürcüstan PUA, helikopter və təyyarə istehsal edəcək

Gürcüstan Müdafiə Nazirliyinin "Delta” Elmi-Texniki Mərkəzi (ETM) pilotsuz uçuş aparatları, helikopter və təyyarələrin istehsalına başlayacaq.


AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri "Delta” ETM-ə istinadla məlumat yayıb.


Bundan başqa, mərkəzin zavod və digər istehsal müəssisələri çox funksiyalı "Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalını da planlaşdırır. Bu kompleksə "Didqori-1” patrul, "Didqori 3” kəşfiyyat, piyada döyüş maşını "Lazika”, yaylım atəşləri üçün PC-122 raket sistemi, minaları zərərsizləşdirən buldozerlər və s. avtomobillər daxildir. Bununla yanaşı, mərkəz zirehli geyim və dəmir baş geyimlərini də istehsal edəcək.


"Delta” zavodunda yanğınsöndürən texnikanın istehsalı da nəzərdə tutulub.

Xəbər lenti