Xəzər Xəbər

Rusiyada qəzaya uğramış təyyarənin pilotlarının axtarışı davam edir

Dünya | 14:21 • 19 Oktyabr 2018
Rusiyada qəzaya uğramış təyyarənin pilotlarının axtarışı davam edir

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Fövqəladə Hadisələrin Təhqiqatı üzrə Komissiyadakı mənbədən alınmış ilkin məlumata görə, dünən qəzaya uğrayaraq Azov dənizinə düşmüş L-39 "Albatros” təlim-məşq təyyarəsinin pilotları həlak olub. Lakin bu xəbər hələ rəsmən təsdiq edilməyib.


Xezerxeber.az xəbər verir ki, L-39 "Albatros” təlim-məşq təyyarəsi Krasnodar diyarının Doljanskaya yaşayış məntəqəsinin yaxınlığında plan üzrə nəzərdə tutulan təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq suya düşüb. Pilotların hər ikisi katapultla tullanmağa macal tapıblar.


Xilasetmə-axtarış qrupu qəza baş verən rayonda pilotların axtarışını davam etdirir.

Xəbər lenti