Xəzər Xəbər

Pompeodan Şahzadə Salmana tac mesajı: “Kral olmayacaqsan"!- Kritik görüşdən sızan bilgi

Dünya | 11:46 • 19 Oktyabr 2018
Pompeodan Şahzadə Salmana tac mesajı:
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Ər-Riyadda vəliəhd Salmanla sərt danışıb

ABŞ prezidenti Donald Trampın itmiş jurnalist Camal Qaşıqçının məsələsini Səudiyyə Ərəbistanı ilə müzakirə etmək üçün təyin etdiyi xarici işlər naziri Mayk Pompeo Ər-Riyadda cinayətin arxasında olduğu iddia edilən Şahzadə Salman ilə görüşüb.

Onların gülərək çəkdirdiyi şəkillər diqqət cəlb etsə də, CNN bağlı qapı arxasında Pompeo ilə Şahzadə arasında çox gərgin dialoq olduğunu xəbər verib.

Pompeo şahzadəyə Camal Qaşıqçının yoxa çıxması mövzusunda təcili açıqlama vermək məcburiyyətində olduğunu deyib:

Bilməsən belə...

"Sən bu işi aydınlaşdırmasan, o zaman ABŞ bunu etmək məcburiyyətində qalacaq. Bütün dünyadan təzyiq var. Tramp bu təzyiq nəticəsində addım atmaq məcburiyyətində qalacaq. Olanlardan xəbərin olmasa da, bunu qəbul etməlisən. Yoxsa gələcəkdə kral olmağın sual altında qalacaq. Bunu başa düşməlisən!”

Şahzadə əmr etdi...

Amerikanın "Nyu-York Times” qəzeti isə dünənki manşetində ABŞ kəşfiyyatının sübutlar artdığı üçün artıq həmin cinayətin arxasında Şahzadə Salmanın olduğuna inanmağa başladığını yazıb. 5 nəfərlik kəşfiyyat qrupunun Səudiyyə Şahzadəsini hədəf aldığını bildirən qəzet, hesabatın Trampa təqdim ediləcəyini bildirdi.

Qara VİTO-nun sirri

Qaşıqçı sorğusunda polis yeni sübut tapıb. Onun konsulluğa girdiyi gün, saat 15:03-də binadan 6 maşın çıxmışdı. İki maşının da olduğu konvoydan sadəcə konsulun maşını və qara Mersedes VİTO markalı maşın binaya gəlib. Binada saat 18:10-a qədər qalan qara VİTO, sonra binanı tərk edib və saat 22:00-da geri qayıdıb.

4 saat yoxa çıxdı

Qara VİTO-nun təxminən 4 saat ortalıqda olmaması polisin diqqətini çəkib. Videolarda saat 18:10-da binanı tərk edən maşın, əvvəlcə D-100 yoluna çıxıb. Müəyyən yerə qədər videolarda görünən maşın, daha sonra kamerada görünməyib. Qruplar bütün təhlükəsizlik kameralarını nəzarət altına alıb və VİTO daxil olmaqla, konsulluğa aid 20-dən çox maşının kameralara düşdüyü 2 min saatlıq video tapıblar.

Meşəyə atıldı?

500 nəfər polis videoları izləyərkən VİTO-nun Sultanbəylidə görüldüyünü öyrənib. Hazırda Qaşıqçının meyidinin meşəlik əraziyə atılması ehtimalı da dəyərləndirilir./AzNews.az

Xəbər lenti