Xəzər Xəbər

Səudiyyə şahzadəsinə daha bir zərbə

Dünya | 10:28 • 19 Oktyabr 2018
Səudiyyə şahzadəsinə daha bir zərbə
Məhəmməd ibn Salmanın gələn həftə keçirəcəyi konfransı daha bir media qurumu boykot edib.

Jurnalist Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın növbəti həftə paytaxt Ər-Riyadda keçirəcəyi "Gələcəyə investisiya cəhdləri” konfransından (Fİİ) daha bir media qurumu imtina edib.

ABŞ-ın "Fox Business” kanalı Ər-Riyaddakı konfransın media sponsoru olmaqdan vaz keçdiyini açıqlayıb.

"Fox Business”in bu açıqlaması ABŞ maliyyə naziri Stiven Mnuçinin konfransda iştirak etməyəcəyi ilə bağlı qərarının ardından elan olunub.

Qeyd edək ki, bundan əvvəl də "CNN”, "CNBC”, "The Financial Times” kimi media orqanları və biznes aləminin nəhəngləri konfransda iştirak etməyəcəklərini bildirmişdilər./AzNews.az

Xəbər lenti