Xəzər Xəbər

Britaniyada hər üç yeniyetmədən biri bundan əziyyət çəkir

Dünya | 09:39 • 18 Oktyabr 2018
Britaniyada hər üç yeniyetmədən biri bundan əziyyət çəkir
Britaniyada hər üç yeniyetmədən biri psixi pozuntudan əziyyət çəkir.

Britaniyanın xeyriyyə təşkilatı "Action for Children" yeniyetmələr arasında genişmiqyaslı sorğu keçirib.

Bu barədə "The Guardian" qəzeti xəbər verir.

Sorğu nəticəsində məlum olub ki, Birləşmiş Krallıqda hər üç yeniyetmədən biri depressiya, daimi həyəcan və qorxu hissi və ya narahat yuxu kimi psixi pozğunluqlara məruz qalıb.

Qeyd olunur ki, sorğuda iştirak edən 5555 respondentin 13 yaşdan 15 yaşadək kateqoriyasında olan 1840 nəfəri psixi pozğunluqlarının olduğunu bildiriblər.

"Action for Children" xeyriyyə təşkilatının icraçı direktoru Culiya Bentli güman edir ki, bunu ailələrdəki mənfi atmosferlə, uşaqların məktəblərdə üzləşdikləri təzyiqlərlə izah etmək olar.(report.az)

Xəbər lenti