Xəzər Xəbər

İranda insan hüquqları ilə bağlı BMT-nin hesabatı etirazla qarşılanıb

Dünya | 14:58 • 17 Oktyabr 2018
İranda insan hüquqları ilə bağlı BMT-nin hesabatı etirazla qarşılanıb

BMT-nin İrandakı insan hüquqları ilə əlaqədar hazırladığı hesabatı bu ölkədə qərəzli hesab edir.


AZƏRTAC xəbər verir ki, BMT-ni Baş Assambleyasında İrandakı insan hüquqları ilə bağlı hesabat dinlənilib və müzakirə edilib. İranın BMT yanındakı nümayəndəsi Məhəmməd Hüseyninejat Assambleyada çıxış edərək bildirib ki, İranda insan hüquqlarının vəziyyəti haqqında bir ildə 4 hesabatın hazırlanması və müzakirəyə çıxarılması faktının özü qərəzli və ikili standartlar siyasətindən xəbər verir. Onun sözlərinə görə, İranda il ərzində hazırlanan hesabatlar bir-birini təkrarlayır. Bir sıra qanunların dəyişdirilməsi və insan hüquqlarının daha da mükəmməl şəkildə qorunması üçün İran tərəfindən həyata keçirilən tədbirlərin heç biri bu hesabatlarda əks olunmayıb.


M.Hhüseyninejat qeyd edib ki, BMT-nin Baş Assambleyası bir sira dövlətlərdə insanların qətlə yetirliməsi, mətbuat nümayəndələrinin öldürülməsi məsələləri nəinki müzakirəyə çıxarılmır bu məsələlərə dair heç bəyanat da verilmir.


Xatırladaq ki, BMT-nin hazırladığı hesabatda İranda milli azlıqların və qadınların hüquqlarının pozulması göstərilib.

Xəbər lenti