Xəzər Xəbər

Zəlzələdən zərər çəkənlər təhlükəsiz rayonlara köçürüləcək

Dünya | 14:31 • 17 Oktyabr 2018
Zəlzələdən zərər çəkənlər təhlükəsiz rayonlara köçürüləcək

İndoneziya hökuməti Mərkəzi Sulavesiya əyalətinin zəlzələdən zərər çəkən əhalisini ölkənin daha təhlükəsiz rayonlarına köçürəcək.


AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA agentliyi İndoneziyanın torpaq və torpaq planlaması naziri Sofyan Cəlilə istinadla məlumat yayıb.


"Zəlzələnin və sunaminin, o cümlədən selin zərər vurduğu rayonlarda tikinti işləri aparılması mümkün deyil. Yerli əhaliyə ölkənin daha təhlükəsiz rayonlarında ev təklif edilməlidir”, - deyə nazir bildirib. S.Cəlil əlavə edib ki, müvafiq təşkilatlar Palu şəhəri yaxınlığında yaşayışın mümkünlüyünü araşdırırlar.


Rəsmi məlumatlara əsasən, sentyabrın 28-də baş vermiş zəlzələ və sunami nəticəsində 2091 nəfər həlak olub, 10,6 min nəfər xəsarət alıb, 87 mindən çox insan evlərini tərk etməyə məcbur olub. Xilasedicilərin bildirdiyinə görə, Palu şəhərinin ətrafında 5 min nəfər itkin düşüb. Yerli KİV-lər yazırlar ki, zəlzələnin episentrindəki yaşayış məntəqələrinə yaxınlaşmaq mümkün olmadığından həmin ərazilərdə itkin düşənlərin sayı 10 mindən çoxdur. Fəlakət rayonunda ümumilikdə 4 milyondan çox insanın yaşadığı bildirilir.

Xəbər lenti