Xəzər Xəbər

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının Kralına təşəkkür edib

Dünya | 18:03 • 16 Oktyabr 2018
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının Kralına təşəkkür edib

Ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş olub. Görüşdə yoxa çıxmış Səudiyyə vətəndaşı, jurnalist Camal Kaşıkçı barədə məsələ müzakirə olunub.


AZƏRTAC "Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Mayk Pompeo oktyabrın 2-də Türkiyədə itkin düşmüş Səudiyyə Ərəbistanı vətəndaşı C.Kaşıkçının işi üzrə təhqiqatın şəffaf aparılmasının Ər-Riyad tərəfindən dəstəklənməsinə görə Səudiyyə monarxına təşəkkürünü bildirib.

Xəbər lenti