Xəzər Xəbər

Rusiyada alkoqoldan istifadə 40 faiz azalıb

Dünya | 15:33 • 16 Oktyabr 2018
Rusiyada alkoqoldan istifadə 40 faiz azalıb

Rusiyada ötən 5 il ərzində alkoqoldan istifadə 40 faizdən çox, tütündən istifadə böyüklər arasında - 22 faiz, uşaqlar arasında isə 2,5 dəfə azalıb. Bu barədə Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bildirib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, rusiyalılar daha çox meyvə və tərəvəzə üstünlük veriblər. T.Skvortsova qeyd edib ki, görülən bütün tədbirlər nəticəsində kişilər arasında orta yaş həddi 72,7-yə, qadınlarda 77,6-ya çatdırılıb, ümumi ölüm halları azalıb, həmçinin Rusiya tarixində ana və uşaq ölümünün ən aşağı göstəricisi qeydə alınıb.

Xəbər lenti