Xəzər Xəbər

23 gün komada olan qadın elə vaxt gözlərini açdı ki, həkimlər ağladı

Dünya | 15:34 • 16 Oktyabr 2018
23 gün komada olan qadın elə vaxt gözlərini açdı ki, həkimlər ağladı

İlk hiss etdiyim şey övladımın qollarımda olması idi. Onun balaca başını görürdüm və qoxusunu hiss edirdim. Bu, möhtəşəm situasiya idi. Qarışıq hislər keçirirdim. Atamdan uşağın mənim olub-olmadığını soruşdum. Sonra əlimi qarnıma qoyanda gördüm ki, artıq hamilə deyiləm.


XəzərXəbər Milli.Az-a istinadla xəbər verir ki, komada olan qadın yeni doğulan körpəsi qucağına qoyulduqda gözlərini açıb.


Braziliyada yaşayan 28 yaşlı Amanda da Silva yeni doğulan körpəsi qucağına qoyulduğu anda 23 günlük komadan ayılıb.


O, instiktləri ilə həkimləri də təəccübləndirib. Onun bədəni süd istehsal etməyə başlayıb və gözləri də yaşarıb.


Qadın əvvəl nə baş verdiyini anlamasa da, sonradan övladının dünyaya gəldiyini və artıq hamilə olmadığını öyrəndikdə kövrəlib.


Assis Chateubriand Maternity Hospital-da onun doğum prosesini aparan həkimlər bildirib ki, bu, inanılmaz hadisədir. Onlardan bəziləri həmin andan təsirlənərək kövrəliblər.


Qeyd edək ki, Amanda evdar qadındır. Onun əlavə iki uşağı da var və o, epilepsiya xəstəliyindən əziyyət çəkir.


Xəbər lenti