Xəzər Xəbər

Dünyada aclıq nə vaxt tam BİTƏCƏK?

Dünya | 13:23 • 16 Oktyabr 2018
Dünyada aclıq nə vaxt tam BİTƏCƏK?

2030-cu ilə qədər dünyada aclığı tamamilə aradan qaldırmaq mümkün ola bilər.

XəzərXəbər xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO məlumat yayıb.

Təşkilatdan bildirilib ki, bunun dünya sakinləri öz səylərini birləşdirməlidir.

Qeyd edək ki, bu gün "Ümumdünya Qida Günü” kimi qeyd edilir. 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün "Ümumdünya Qida Günü”nün şüarını "Sıfır aclıq” ("Zero Hunger”) olaraq təyin edib.

16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Agentlik vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx təqdim edib.


Xəbər lenti