Xəzər Xəbər

Səudiyyə konsulluğunda axtarışlar: İki yük maşını nümunə götürüldü

Dünya | 10:29 • 16 Oktyabr 2018
Səudiyyə konsulluğunda axtarışlar: İki yük maşını nümunə götürüldü
Jurnalist Camal Kaşoqinin itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda axtarışlar yekunlaşıb.

 

XəzərXəbər xəbər verir ki, Türkiyə və Səudiyyə Ərəbistanından olan 10 nəfərlik istintaq qrupunun axtarışları 10 saata yaxın çəkib.

Türkiyə KİV-lərinin yaydığı məlumata əsasən, axtarışlardan sonra Baş konsulluqdan 2 yük maşını çıxarılıb. Nəqliyyat vasitələrində konsulluqdan götürülən nümunələrin olduğu bildirilib. Ərazidən hətta torpaq nümunələri də götürülüb.

"Al Jazeera” telekanalının Türkiyə Baş Prokurorluğundakı mənbələrinə istinadən yaydığı xəbərdə bildirilir ki, idarə əməkdaşları səudiyyəli jurnalist Camal Kaşoqinin öldürüldüyünü sübuta yetirən dəlil tapıblar. Hələlik bununla bağlı rəsmi məlumat verilməyib.

Xəbər lenti