Xəzər Xəbər

Yüz mindən artıq insan içməli sudan zəhərləndi, aralarında səfir də var

Dünya | 15:59 • 15 Oktyabr 2018
Yüz mindən artıq insan içməli sudan zəhərləndi, aralarında səfir də var

Müsəlman ölkəsində böyük fəlakət baş verib

İraqın Bəsrə şəhərində içməli sudan 111 min insan zəhərlənib. Zərərçəkmişlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var.

Qeyd edək ki, avqustun əvvəlində ölkənin cənub vilayəti kəskin su və elektrik enerjisi çatışmazlığı ilə qarşılaşmışdı. Nəticədə yerli əhali iğtişaşlara səbəb olan etiraz aksiyalarına başlamışdı.

Onu da əlavə edək ki, 2017-ci ilin iyul ayında Fransanın şimalındakı Kale şəhərində miqrantların düşərgəsində içməli sudan zəhərlənmə şübhəsi meydana çıxmışdı. O zaman yayılan iddiaya görə, fransız xüsusi xidmət orqanları miqrantların su içdikləri bidonlar zəhərli maddə töküblər.

Xəbər lenti