Türkiyənin tanınmış futbolçusu Arda Turanın müğənni Berkay Şahinə silahlı hücum etdiyi üçün 11 ilə qədər həbs edilə bilər.
Arta Turan tərəfindən burnu qırılan müğənni Berkay Şahin müalicə aldığı xəstəxanadan çıxıb. Berkay xəstəxananın avtomobil dayanacağında başına keçirdiyi papaqla kameralardan yayınmağa çalışıb. Təhlükəsizlik əməkdaşları mətbuat nümayəndələrinin çəkiliş etməsinə mane olub.
Berkayın vəkili Ayşegül Mərmər isə mətbuat nümayəndələrinə açıqlama verərık, Arda Turanın etdiyi əməllərə görə cavab vercəyəni deyib: "Arda Turan belində sənədsiz silahla xəstəxanaya daxil olub. O Bərkay Şahinə hücum edərək, onu silahla hədələyib. Bununla da kifayətlənməyib naməlum istiqamətdə silah doğruldaraq atəş açıb. Bütün bunların qanunlar çərçivəsində heç bir üzrü yoxdur. Etdiklərinə görə qanun qarşısında cavab verəcək".
Müğənni Berkay isə kiçik bir məktub yazaraq yaşanan hadisə ilə bağlı ictimaiyyətdən üzr istəyib:
Hürriyyət qəzetinin yazarı Cenker Tezel isə bununla bağlı öz məqaləsində qeyd edir:
"Vəkil Erol Şahin hadisədə 3 ayrı qanun pozuntusunun olduğunu deyib. Bunun biri Ardanın silahlı şəkildə xəstəxana binasına daxil olması və xəstəxanda təhlükəsizlik əməkdaşlarının belə kobud səhvə yol verməsidir. İkincisi silahla təhdid, eləcədə qəsdən sağlamlığa ziyan vuraraq qarşı tərəfin burnunu sındırması, üçüncü isə qanunsuz silah daşımasıdır. Prokuror Ardanı 3 maddə üzrə cinayətdən məsuliyyətinə cəlb edəcək. Birinci maddəyə görə, 6 aydan 3 ilə qədər, ikinci maddəyə görə, 2 ildən 5 ilə qədər, üçüncü maddəyə görə isə 1 ildən 3 ilə qədər həbs edilə bilər. Bu cinayətlərin cəminə görə Arda Turan 3.5 ildən 11 ilə qədər həbs cəzasına məhkum edilə bilər"./publika.az