Xəzər Xəbər

Məşhur həbsxanada qiyam: 40-dan çox dustaq…

Dünya | 17:12 • 14 Oktyabr 2018
Məşhur həbsxanada qiyam: 40-dan çox dustaq…

İtaliyanın şimalında yerləşən həbsxanada ötən gecə qiyam baş verib.

XəzərXəbər Axar.az-a istinadən xəbər verir ki, bu barədə 40-dan artıq məhbus həbsxanada dustaqların saxlanma şərtlərinin ağırlığına etiraz edib.

Məlumata görə, dustaqlar əvvəlcə sivil yollarla etirazlarını bildiriblər. Lakin bir neçə saat sonra həbsxana divarları arxasında etiraz sədaları güclənib və dustaqlar televizor, mebel, qaz balonları və yandırılan digər əşyaları həbsxananın həyətinə atmağa başlayıb. Dərhal əraziyə gələn həbsxana rəisi və müavini məhbuslarla danışıqlara başlayıb. Təxminən 4 saat sonra qiyama qalxan dustaqlarla razılıq əldə olunub.

Qeyd edək ki, 190 nəfər üçün nəzərdə tutulan San-Remo həbsxanasında hazırda 270 nəfər saxlanılır.

Xəbər lenti