Xəzər Xəbər

Həbib Putinlə görüşəcək - Bu gün yola düşüb

Dünya | 17:51 • 10 Oktyabr 2018
Həbib Putinlə görüşəcək - Bu gün yola düşüb
O, "Rusiya: idman dövləti” idman forumuna qatılacaq.

UFC üzrə çempion Həbib Nurməhəmmədov Ulyanovskda keçiriləcək "Rusiya: idman dövləti” idman forumuna yola düşüb.

Rusiya KİV-i xəbər verir ki, döyüşçü forumda digər idmançılarla birlikdə ölkə prezidenti Vladimir Putinlə görüşəcək.

Prezident və döyüşçünün ayrı görüşü planlaşdırılmayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Döyüşdən sonra Putin idmançı telefonla şəxsən təbrik edib.

Xəbər lenti