Xəzər Xəbər

Oğlan onu qatarın altına atan sevgilisi ilə nişanlandı

Dünya | 16:41 • 10 Oktyabr 2018
Oğlan onu qatarın altına atan sevgilisi ilə nişanlandı

Sevgilisini qatarın altına itələyən qadın həmin oğlanla nişanlanıb.

XəzərXəbər milli.az-a istinadla xəbər verir ki, qəribə hadisə Mançester şəhərində baş verib.

41 yaşlı Gillian Bond sərxoş olduğu zaman mübahisə etdiyinə görə sevgilisini qatarın altına itələyib.

Oğlan qəzadan xilas ola bilib. O, polislər tərəfindən saxlanılan sevgilisinə polis bölməsində evlilik təklifi edib.

Gillian sevgilisinin təklifini qəbul edib və onlar ötən gün nişanlanıblar.

Xəbər lenti