Xəzər Xəbər

“Alibaba”nın rəhbəri Çinin ən zəngin adamıdır

Dünya | 16:23 • 10 Oktyabr 2018
“Alibaba”nın rəhbəri Çinin ən zəngin adamıdır

İnternet ticarəti nəhəngi olan "Alibaba Group” şirkətinin təsisçisi və idarə heyətinin sədri Cek Ma Çinin ən zəngin adamıdır.

"Hurun Research Institute” təşkilatının Çinin zəngin adamları ilə bağlı açıqladığı illik hesabata əsasən, Cek Manın varidati 39 milyard ABŞ dollarına çatıb. Siyahıda ikinci yerdə sərvəti 36 milyard dollar olan "Evergrande” şirkətinin rəhbəri Su Ciayin qərarlaşıb.

Telekommunikasiya nəhəngi "Tencent”in sahibi Poni Ma 34 milyard dollarla siyahıda üçüncü olub.

Siyahıda növbəti yerlərdə elektron ticarət, internet xidmətləri, habelə daşınmaz əmlak şirkətlərinin sahibləri tutur.

"Hurun”un siyahısının ilk onluğundakı zənginlərin ən gəncinin 32, ən yaşlısının isə 76 yaşı var.

Xəbər lenti