Xəzər Xəbər

Sergey Lebedev: MDB ölkələri Ukraynanın bu qurumda qalmasında maraqlıdırlar

Dünya | 15:57 • 10 Oktyabr 2018
Sergey Lebedev: MDB ölkələri Ukraynanın bu qurumda qalmasında maraqlıdırlar

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Ukraynanın bu qurumun üzvlüyündə qalmasında maraqlıdır.


AZƏRTAC-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında MDB İcraiyyə komitəsinin sədri, icraçı katib Sergey Lebedev deyib.


O bildirib ki, MDB ölkələri ilə yaxşı əlaqələr qurmaq Ukraynanın maraqlarına cavab verir. Əlbəttə ki, MDB ölkələri də Ukrayna ilə münasibətlərdə maraqlıdırlar.


Lebedev, həmçinin deyib ki, Ukrayna MDB müşahidə missiyasının ölkəsində keçiriləcək prezident və parlament seçkilərində iştirakından imtina edib.

Xəbər lenti