Xəzər Xəbər

Keçmiş daxili işlər naziri dar ağacından asılacaq sərt qərar

Dünya | 15:56 • 10 Oktyabr 2018
Keçmiş daxili işlər naziri dar ağacından asılacaq
Banqladeşdə sabiq daxili işlər nazirinin edam olunması qərara alınıb.

2004-cü ildə Banqladeşdə Xalq Birliyi partiyasının mitinqi vaxtı baş vermiş terror hadisəsi ilə bağlı qərar verilib.

Aralarında həmin vaxt daxili işlərdən məsul olan nazirin də olduğu 19 nəfərin asılaraq edam olunması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, müxalifət partiyasının Banqladeşin paytaxtı Dəkkədəki mitinqinə bombalı hücum nəticəsində 24 nəfər ölmüş, 300 nəfər isə yaralanmışdı.

İndiki Baş nazir Şeyx Həsinanın eşitmə qabiliyyəti isə ciddi dərəcədə ziyan görmüşdü.

Edam olunanlar sırasında daxili işlərdən məsul keçmiş dövlət naziri Lütfüzaman Babar və bir nazir müavini də var.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti