Xəzər Xəbər

İran və Fransa arasında pul köçürmələri dayandırılır

Dünya | 14:14 • 10 Oktyabr 2018
İran və Fransa arasında pul köçürmələri dayandırılır

Artıq iki ildir ki, Fransa bankları iranlılara aid hesabları müəyyənləşdirərək onları bağlayır. Ona görə bu, şişirdiləcək yeni məsələ deyil.


Trend-in məlumatına görə, bunu İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədri Mehdi Miremadi İSNA-ya deyib.


M.Miremadi bank hesablarının dondurulmasının yeni sanksiyalarla əlaqədar olmadığını və iranlıların hesablarının dondurulmasının ABŞ-ın öncəki sanksiyalar dövründən başlandığını bildirib:


"Bir bank bir hesabı dondurursa, bu məsələ şişirdilməməlidir. Bütün böyük banklar hesabın iranlıya aid olduğunu müəyyənləşdirdikdə, o hesabı dondururlar. Kiçik banklar haqda məlumat yoxdur”.


İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədrinin sözlərinə görə, 4 noyabra qədər pul köçürməsi mümkündür. Lakin o tarixdən sonra Mərkəzi Bankın da adının sanksiyalar siyahısında olduğuna görə, pul köçürməsi çətinləşəcək.

Xəbər lenti