Xəzər Xəbər

Serj Sarkisyan geri çəkildi - Paşinyan seçkiyə gedir

Dünya | 12:29 • 10 Oktyabr 2018
Serj Sarkisyan geri çəkildi -

Ermənistan Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ERP yayıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.


Qeyd edək ki, bundan öncə Nikol Paşinyan "Çiçəklənən Ermənistan” Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Qaqik Tsarukyanın partiyası Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini, eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürüb. Həmçinin vəd edib ki, "Tsarukyan" fraksiyası parlamentdə başqa partiyadan namizədin irəli sürülməsi üzrə təşəbbüslərə qatılmayacaq.


Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiklərini bildiriblər.


Daha bir maqraqlı məqam isə odur ki, dünən Respublikaçılar fraksiyasından olan bir sıra deputatlar da Paşinyanın yanında olduqlarını bəyan etdilər.

Xəbər lenti