Xəzər Xəbər

Yapon polisi böyük yakuza qruplaşmasının qərargahında axtarışlar aparıb

Dünya | 11:16 • 9 Oktyabr 2018
Yapon polisi böyük yakuza qruplaşmasının qərargahında axtarışlar aparıb

Təqribən 70 nəfər polis əməkdaşı sentyabrın 9-da "Yamaquçi-qumi” yakuza qruplaşmasının Kobe şəhərində yerləşən mənzil-qərargahında axtarışlar aparıb.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, əməliyyat böyük dələduzluq və fırıldaq ilə əlaqədar təhqiqat işi çərçivəsində aparılıb. Bu, "Yamaquçi-qumi” qruplaşmasının mənzil-qərargahında aparılan ilk axtarış əməliyyatıdır.


Əvvəllər dələduzluq və fırıldaqla əlaqədar yakuzanın 7 rəhbəri həbs edilib. Təhqiqatın nəticələrinə görə, onların rəhbərlik etdiyi qrup tibbi sığorta ilə bağlı aldatma və maxinasiya yolu ilə azı 95 milyon yen (təqribən 840 min dollar) vəsait mənimsəyiblər. Dövlətə vurulan zərərin qat-qat çox ola biləcəyi ehtimal olunur.


"Yamaquçi-qumi”nin əsası 1915-ci ildə qoyulub və bu qruplaşma dünyanın ən qədim qanqster birləşmələrindən hesab edilir. Polisin məlumatına görə, onun tərkibində təqribən 14 min peşəkar cani birləşib. Hazırda qrupun sayca azalmaya doğru getdiyi bildirilir.

Xəbər lenti