Xəzər Xəbər

Misir Liviyadan misirli terrorçunun verilməsini tələb edir

Dünya | 09:18 • 9 Oktyabr 2018
Misir Liviyadan misirli terrorçunun verilməsini tələb edir

Misir hakimiyyət orqanları Liviya ordusu tərəfindən həbs olunan misirli terrorçu Xişam Aşmavini cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə onun təcili olaraq təhvil verilməsini tələb edir.


Liviya Silahlı Qüvvələri bu gün misirli terrorçu, "İŞİD” təşkilatının lideri Xişam Aşmavinin Liviyanın şimal-şərqində Darna şəhərində tutulmasını elan edib. Qeyd olunur ki, tutulan zaman onun üzərində "ölüm kəməri” olub. Xoşbəxtlikdən Aşmavi həmin kəməri işə salmağa macal tapmayıb. (AZƏRTAC)

Xəbər lenti