Xəzər Xəbər

Tatarıstanda tələbələr ətirdən zəhərlənib

Dünya | 09:15 • 9 Oktyabr 2018
Tatarıstanda tələbələr ətirdən zəhərlənib

Rusiyanın Tatarıstan Respublikasında 18 kollec tələbəsi ətirdən zəhərlənib.


Zəhərlənənlərdən 16 nəfəri orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Məlum olub ki, həmin ətir tələbələrdən birinə məxsus olub və kosmetika mağazalarından birindən alınıb.


Hazırda zəhərlənmənin səbəbləri araşdırılır. Bundan başqa, ətirin tərkibi və mağazadakı digər məhsullar yoxlanılır.

Xəbər lenti