Xəzər Xəbər

İranda qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb

Dünya | 09:09 • 9 Oktyabr 2018
İranda qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan vilayətində baş verən qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə vilayətin fövqəladə vəziyyətlərin idarə olunması idarəsinin rəisi Əbdülrəhman Şahnaziyə məlumat verib.


Oktyabrın 6-da başlayan fırtına ev təsərrüfatlarına ziyan vurub. Fırtınanın gücü saatda 140 kilometrə çatıb. 145 nəfər fırtına nəticəsində ürək, göz və nəfəs yollarında yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Onlardan 27-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərilərək evə buraxılıb.


Vilayət rəhbərliyi oktyabrın 9-da ehtiyac olmadıqda evdən çıxmamaq barədə əhaliyə müraciət edib.


Hər il payız fəslinin əvvəllərində İranın bu bölgəsində qum fırtınası baş verir. Builki fırtına gözlənildiyindən də güclü olub.

Xəbər lenti